Məşhur pianoçu dini baxışlarına görə festivaldan qovuldu

Məşhur pianoçu dini baxışlarına görə festivaldan qovuldu
15 iyul 2014
# 11:26

Türk pianoçusu və bəstəkarı Fazil Say Antalyada keçiriləcək XV Beynəlxalq Pianoçular Festivalının bədii rəhbəri vəzifəsindən qovulub. Kulis.Azın “Cümhuriyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, onun qovulmasının səbəbi, şəhərin yeni meri AKP-çi Menders Turellə dini baxışlarının toqquşması olub.

Dirijor Gürer Aykal festivala yeni bədii rəhbər təyin olunub.

Fazil Say əvvəllər “Tvitterdə” islam əleyhinə çıxışlarına görə 10 ay şərti həbs cəzası almışdı.

Beynəlxalq Pianoçular Festivalı hər il payızda keçirilir.

# 2840 dəfə oxunub

Müəllifin son yazıları

# # #