Gənclər QHT sədri Qurbanəli Ömərin yaradıcılığına müraciət etdilər

Gənclər QHT sədri Qurbanəli Ömərin yaradıcılığına müraciət etdilər
6 avqust 2013
# 09:34

Gənc bəstəkar Nurçin Quluzadə bu dəfə Qurbanəli Ömərin yaradıcılığına müraciət edib. O, şairin 2010-cu ildə işıq üzü görən "Həsrətin odu" şeirlər kitabından "Həsrət məktubu" şeirinə musiqi bəstələyib. "Söylə bir nədəndir, söylə sevgilim" kimi tanınan bu şeirə yazılan mahnını N. Quluzadə özü oxumaq qərarına gəlib. Nurçinin "Söylə Sevgilim" adlandırdığı nəğməni o, gənc müğənni Şəbnəm Haqverdiyeva ilə birgə oxuyub. Mahnının qısa zamanda uğur qazanacağına inanan gənclər bundan sonra da Qurbanəli Ömərin yaradıcılığına müraciət edəcəklərini bildiriblər.

Yaradıcı gənclər təşkilatı olan "Gənclərin Söz Birliyi" İB-in sədri, gənc yazar Qurbanəli Ömərin yaradıcılığına bundan əvvəl türk sənətçiləri-bəstəkar Vəsilə Ərdoğan və müğənni Bahar Gökhan da müraciət etmişdi.

Nurçin Quluzadə 3 ildir professional gitara ilə məşğul olur. Səkkiz yaşından səhnədə olan Şəbəm Haqverdiyeva isə 2010-cu ildə Türkiyədə keçirilən türkcə olimpiadasının birincisidir.

# 2056 dəfə oxunub

Müəllifin son yazıları

# # #