Orxan Fikrətoğlunun yeni kitabının təqdimatı keçiriləcək

Orxan Fikrətoğlunun yeni kitabının təqdimatı keçiriləcək
28 iyun 2013
# 17:41

29 iyul saat 18:00-da “Əli və Nino” kitab dükanları şəbəkəsinin “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində yerləşən dükanında yazıçı Orxan Fikrətoğlunun “Ölü mətn” romanının təqdimatı keçirləcək.

Kitab “Qanun” nəşriyyatında çap olunub. “Ölü mətn” post sufi janrına aid ilk romandır.

Toplum itki verə-verə yox olmaqdansa, romanın sonunda var olur və bütün ideoloji eqrodağlardan keçə-keçə nifrət etməyi deyil, əksinə, sevməyi öyrənir.

Müəllifin bu romanda zamana və dünyaya təklif etdiyi xilas ideyası – Sufi sevgisidir.

Zaman-zaman müxtəlif səbəblərdən öldürülən, romanın qəhrəmanı bütün mətn boyu yenidən ancaq sevgi ilə doğulur. Sevgisiz yaşanan hər bir hadisə roman da ölümlə bitir. Vaxt içində səyahət edən bir ziyalının ruhi böhran vəziyyətində özünü və dövrünü təftiş edir.

# 1725 dəfə oxunub

Müəllifin son yazıları

# # #