Yunanıstan səfiri Tərcümə Mərkəzinin kitabxanasında olub

Yunanıstan səfiri Tərcümə Mərkəzinin kitabxanasında olub
5 fevral 2015
# 15:41

Fevralın 5- Yunanıstanın Azərbaycanda fövqəladə səlahiyyətli səfiri cənab Dimitrios Tsounqas Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kitabxanasında olub.

Fevralın 5-də Yunanıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Dimitrios Tsounqas Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kitabxanasında olub.

Səfir 30 cildlik 20-ci əsr Yunan ədəbiyyatı antologiyası, qədim yunan fəlsəfəsinə və ədəbiyyatına dair kitabları, məcmuə və suvenirləri kitabxanaya hədiyyə edərək, bu nəşrlərin yunan ədəbiyyatının ən aparıcı ədiblərinin əsərlərinin tərcüməsinə, Azərbaycan oxucusuna çatdırılmasına geniş imkanlar yaradacağını bildirib.

Səfir, həmçinin, Mərkəzi bu ilin may ayında Solonikidə baş tutacaq Beynəlxalq Kitab Sərgisində iştirak etməyə dəvət edib.

# 1064 dəfə oxunub

Müəllifin son yazıları

# # #