“Qobustan” jurnalına yeni baş redaktor təyin olunub

“Qobustan” jurnalına yeni baş redaktor təyin olunub
17 sentyabr 2013
# 15:53

Azərbaycan Yazıçılar Birliyinin (AYB) təsisçisi olduğu “Qobustan” incəsənət jurnalına yeni baş redaktor təyin edilib.

AYB-dən AzərTAC-a bildiriblər ki, 1969-cu ildən fəaliyyət göstərən jurnalın ilk baş redaktoru Anar, sonralar Fikrət Qoca və son 10 ildə şair Ələkbər Salahzadə olub. Sonuncu baş redaktor bu yaxınlarda dünyasını dəyişib.

AYB-nin rəhbərliyi jurnalist, yazıçı-dramaturq, tərcüməçi, “Qobustan”ın nəşrə başladığı ilk günlərdən onunla sıx əməkdaşlıq edən Vaqif Əlixanlını jurnala yeni baş redaktor təyin edib.

# 1640 dəfə oxunub

Müəllifin son yazıları

# # #