Akademik Milli Dram Teatrı mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vuracaq.
Kulis.azın verdiyi xəbərə görə, tamaşa iyulun 9-da nümayiş olunacaq.
Xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
- Salam Sarvanın son vəziyyəti açıqlandı
- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı
- “Fəryad-2” filmi niyə gecikir? – Nazirlikdən açıqlama
Rolları xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Aslan Şirin, aktyorlar Şəhla Əliqızı, Rövşən Kərimduxt, Anar Heybətov və başqaları ifa edirlər.