Bakıda bölgələrin incəsənət nümunələri təqdim olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, təqdimat 20-23 avqust tarixlərində baş tutacaq.
Şamaxı rayonunun “Şirvan” folklor ansamblının, İsmayıllı rayonundan “Lahıc” folklor ansamblının, Qəbələ rayonundan “Zopu-Zopu” etnoqrafik folklor rəqs ansamblının kollektivlərinin çıxışı ilə konsert proqramı təşkil olunacaq.
Tədbirdə həmçinin həmin bölgələrin el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası keçiriləcək.