Məşhur yazıçı Şotlandiyanın müstəqilliyinə qarşı çıxdı

Məşhur yazıçı Şotlandiyanın müstəqilliyinə qarşı çıxdı
19 sentyabr 2014
# 15:08

Məşhur Britaniya yazıçısı, “Harri Potter” romanlar seriyasının müəllifi Coan Roulinq Şotlandiyada müstəqilliklə bağlı keçirilən referendumun nəticələrindən razı qaldığını bəyan edib. Kulis.Az-ın news.ru-ya istinadən verdiyi məlumata görə Şotlandiyanın Böyük Britaniyanın tərkibində saxlanılmasının tərəfdarı olan yazıçı Tvitter hesabında yazıb:

“Bütün gecəni yatmamışam, Şotlandiyanın tarixini necə həll edəcəyinə baxmışam. Əhəmiyyətli gündür, dinc demokratik proses: qürurlanmağa dəyər.”

Yazıçı əvvəllər də Birləşmiş Krallığın tərəfdarı idi və Şotlandiyada seçiciləri müstəqillik ideyasından daşındırmağa yönəlmiş Better Together kampaniyasına milyon funt vəsait vermişdi.

“Mənim Şotlandiyanın müstəqilliyi ilə bağlı narahatlığım o demək deyil ki, mən onlara inanmıram. Şotlandiya da bütün dünyanın XXI əsrdə rastlaşdığı problemlərlə üzləşir”.

Böyük Britaniyanın bütövlüyünü musiqiçi Pol Makkartni, aktrisalar Helena Bonem-Karter, Cudi Denc, fizik Stiven Hokinq də dəstəkləyib.

# 1572 dəfə oxunub

Müəllifin son yazıları

# # #