İtaliyada fransız fotoqrafının iki qədim yunan abidəsinə alt paltarı geyindirməsi qalmaqal yaradıb.
Kulis.az-ın İngiltərənin “İndependent” qəzetinə istinadən verdiyi xəbərə görə, eramızdan əvvəl V əsrə aid olan iki çılpaq döyüşçünü təsvir edən bu heykəllər İtaliyanın cənubunda yerləşən Kalabriya şəhərindəki muzeydə yerləşir.
Muzey fransız fotoqrafı Jerald Bryünonu heykəlləri çəkmək üçün dəvət edib. Muzeyin kuratorları fotoqrafın heykəllərə fata, lələklərdən şarf və strinq geyindirdiyini görüb.
- Biz gəncliyimizi yaşamadıq - Tərlanə Əliyeva yazır
- Türk dünyasının dil və əlifba birliyinə töhfə
- APA TV-nin yeni layihəsi - APAMED
Fotosessiya dərhal qadağan edilib.
Yerli əhali fotoqrafın şəhərin mədəni abidəsini təhqir etməsi etirazla qarşılayıb. Onlar hadisə ilə bağlı təhqiqat aparılmasını tələb ediblər.