Azərbaycanın qadın yazıçılarının əsərləri Amerikada!

Azərbaycanın qadın yazıçılarının əsərləri Amerikada!
18 fevral 2014
# 16:02

Amerikada «Müasir Azərbaycan qadın nəsri» (Modern Azerbaijani Women’s Prose) antologiyası nəşr olunub. “Azadlıq” radiosunun verdiyi məlumatda belə deyilir.

Trafford nəşriyyatında buraxılan Kitabı Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru Vaqif Sultanlı və Norveçdə yaşayan azərbaycanlı Dr. İrəc İsmaeli nəşrə hazırlayıblar.

Onların kitab üçün seçimi belə olub: Əzizə Cəfərzadə, Sara Oğuz, Mənzər Nigarlı, Afaq Məsud, Nüşabə Məmmədli, Mehriban Vəzir, Günel Anarqızı, Zümrüd Yağmur, Natəvan Dəmirçioğlu, Aygün Həsənoğlu, Gülşən Lətifxan, Eluca Atalı, Xumar Ələkbərli, Xuraman İsmayıl, Sevinc Nuruqızı, Təranə Vahid, Afaq Şıxlı, Şəlalə Əbil, Şahnaz Kamal, Ruqiyyə Səfəri və başqaları.

Kitabı www.trafford.com, www.amazon.com, www.books.google.com, www.bookland.com, www.ebay.com, www.scribd.com, www.waterstones.com, www.barnesandnoble.com və digər saytlardan sifariş yolu ilə əldə etmək olar.

Bundan əvvəl Vaqif Sultanlı və İrəc İsmaeli Amerikada «Müasir Azərbaycan nəsri» («Modern Azerbaijanian Prose») kitabını da nəşr etdirmişdilər.

# 2694 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #