Jurnalist Anar Niftəliyev Baş Prokurorluğa çağırılıb

Jurnalist Anar Niftəliyev Baş Prokurorluğa çağırılıb
12 dekabr 2013
# 13:16

Jurnalist Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqqızının cərrahiyyə əməliyyatı zamanı ölümü ilə bağlı açılmış cinayət işinə görə Baş Prokurorluğa çağırılıb.

Lent.az-ın məlumatına görə, görüşdə Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov jurnalistin baş prokuror Zakir Qaralova ünvanladığı müraciətlə bağlı şikayəti dinlənilib.

A.Niftəliyev bildirib ki, görüş zamanı həyat yoldaşı Elnarə Tofiqqızının ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işinin istintaqının ləng getməsi, zərərçəkən kimi istintaqa verdiyi iddialarla bağlı istintaq hərəkətlərinin yubadılması, həmçinin onda olan qeyri-rəsmi məlumatlar haqqında danışıb.

A.Niftəliyev qeyd edib ki, N.Abbasov bu cinayət işinin şəxsən Baş prokuror Zakir Qaralovun nəzarətində olduğu və bununla bağlı xüsusi tapşırıq verdiyi barədə onu məlumatlandırıb.

Baş Prokurorluqda jurnalistə bildiriblər ki, sabahdan başlayaraq, Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsində istintaq materialları araşdırılacaq və zəruri addımlar atılacaq.

Xatırladaq ki, tənqidçi Elnarə Tofiqqızı 20 sentyabr 2013-cü ildə “Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişib. Sentyabr 25-də isə Nəsimi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başladılıb.

# 1624 dəfə oxunub

Müəllifin son yazıları

# # #