Bakı Uşaq Teatrı festivala iki tamaşa ilə qatılacaq

Bakı Uşaq Teatrı festivala iki tamaşa ilə qatılacaq
25 oktyabr 2013
# 15:26

Kulis.az-ın xəbərinə görə, Bakı Uşaq Teatrı "2+1" Eksperimental Teatr Festivalına iki tamaşa ilə qatılacaq. 28 oktyabr saat 18:00-da, Aktyorlar evində nümayiş olunacaq.“Oyun” tamaşası Elçin Hüseynbəylinin eyniadlı əsəri əsasında hazırlanmış ailə melodramıdır. "Oyun"da ailə daxili problemlər, qadın – kişi münasibətləri, maddi və mənəvi problemlər önə çəkilmişdir. Rejissoru Rəşad Nuri, rollarda Könül Şahbazova və Niyaz Qasımovdur. 29 oktyabr saat 18:30-da isə Uşaq Teatrının “Varyete” tamaşası nümayiş olunacaq. Frans Kafkanın “Akademiya üçün hesabat” hekayəsinin əsasında Könül Şahbazovanın quruluş verdiyi tamaşada Kafkanın cismani və ruhi azadlıq problemləri haqqındakı düşüncələri önə çəkilmişdir. Mono tamaşada Niyaz Qasımov çıxış edir.

# 1290 dəfə oxunub

Müəllifin son yazıları

# # #