Mayın 3-ü saat 16-da ADA Universitetinin böyük təyinatlı zalında yeni tamaşa nümayiş olunacaq.
Tamaşa ADO teatrı və ADA Drama Klubun birgə əməyi nəticəsində ərsəyə gəlib. Yeni layihədə siz ADA Universitetinin tələbələrini görəcəksiniz.
Belə ki, F. Scott Fitsçeraldın məşhur romanı olan “Möhtəşəm Getsbi” ADO-nun fransız əsilli aktrisası Elsa Furtado tərəfindən hazırlanıb. Tamaşadakı rolları tələbələr ingilis dilində canlandıracaqlar.
- "Brilyant əl"in aktrisasının vəziyyəti pişləşdi
- Polad Həşimov haqda kitab nəşr edildi - Pulsuz paylanacaq
- Rauf Abdullayevə Heydər Əliyev Mükafatı verildi
Qeyd edək ki, ADO teatrı bir neçə ildir ki, ADA Universiteti ilə əməkdaşlıq edir. Teatrın bir neçə tamaşası universitetdə nümayiş olunub. Eyni zamanda teatrın əməkdaşları universitetin tələbələri ilə də tamaşalar hazırlayır.
Ötən il ADA Universitetinin tələbələri ilə teatrın aktyorları “Romeo və Cülyetta” tamaşasını təqdim edib.