Mingəçevir Teatrı mövsümə “Müfəttiş”lə başlayacaq

Mingəçevir Teatrı mövsümə “Müfəttiş”lə başlayacaq
18 avqust 2016
# 17:45

Mingəçevir Dövlət Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 15-də görkəmli rus yazıçısı N.Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə açacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsəri teatrın baş rejissoru Xəzər Gəncəlinin quruluşunda təqdim olunacaq.

Tamaşada rolları Əməkdar artistlər Akif Mirabov, Ella Yaqubova, Şıxı Yaqubov, aktyorlar Aydın Quliyev, Elmira İbrahimova, Fəridə Məmmədova, Asim Əmirov, Firuz Hacıyev, Hüseyn Mustafayev, Qabil İbrahimli, Asim Məmmədov və Eyvaz Əliyev ifa edəcəklər. /Azərtac/

# 1006 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #