Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, İ.İsrafilov beynəlxalq tədbirdə “Teatr öldü, yaşasın teatr” adlı mühazirə ilə çıxış edib, müasir teatrın uğurları, problem və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb.
Konfransda teatr direktorunun tələbə və magistrantlar üçün ustad dərsləri təşkil olunub, “Teatr sənəti - dünən, bu gün, sabah” mühazirəsi dinlənilib.
Beynəlxalq tədbir çərçivəsində İ. İsrafilov Qazaxıstan teatrlarının rəhbərləri ilə gələcək əməkdaşlıqla bağlı danışıqlar aparıb, qarşılıqlı yaradıcı bəhrələnmənin perspektivlərini müzakirə edib.
- “Dədə Qorqud”un yeni nüsxəsi nəşr olunacaq
- Azərbaycan teatrının aktrisası küçədə çimdi – VİDEO
- Qollarım üstündə bir qız ağlayır – Nəriman Həsənzadənin şeirləri
Qeyd edək ki, Almatıda keçirilən beynəlxalq konfrans Qazaxıstan Milli İncəsənət Akademiyasının təşkilatçılığı ilə baş tutub.