Ölümündən 50 il sonra belə Merilin Monro Hollivudun ən önəmli ulduzlarından biri olaraq qalır. Monro haqda bilinən az şeylərdən biri onun “kitab qurdu” olmasıdır.
Monro 1916-cı ildə fransız jurnalisti Georg Belmonta "Çəkilişlərim olmadığı zamanlarda nə etdiyim kiminsə ağlına gəlməz” demişdi.
"Məktəbə gedirdim. Bir müddət Kaliforniya universitetində gecə kurslarına qatıldım. Amerika tarixi və ədəbiyyat tarixindən dərslər aldım və çox oxumağa başladım. Bir çox yazıçının kitablarını oxudum".
1962-ci ildə Monro öləndə dörd yüzdən artıq kitabdan ibarət kitabxanası qaldı.
Kitabxanasına göz gəzdirəndə onun bir Devid Lorens heyranı olduğu məlum olur. Onun kitabxanasında Ralf Ellisonun “Gözəgörünməz adam”, Heminqueyin “Və günəş doğar” və Dostoyevskinin əksər romanları var.
Uşağı olmadığı üçün özünü bədbəxt hiss edən Monronun kitabxanasında Spok Bencaminin “Uşaq və ona qulluq” kimi kitablar da gözə dəyir.
Bundan başqa onun kitabxanasına Alber Kamyunun “Süqut”, Aleksandr Dümanın “Kameliyalı qadın”, F. Skott Fitsceraldın “Möhtəşəm Qetsbi”, Ceyms Coysun “Uliss”, Tomas Manın “Venesiyada ölüm”, Qustav Floberin “Madam Bovari” və başqa dahi yazıçıların romanları var.