Xalid Hüseynin məşhur əsəri bizim səhnədə - BU GÜN

Xalid Hüseynin məşhur əsəri bizim səhnədə - BU GÜN
7 iyun 2017
# 09:51

İyunun 7-də Azərbaycan teatrı tarixində ilk dəfə olaraq C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının quruluşunda görkəmli əfqan yazıçısı Xalid Hüseyninin bestselleri əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” adlı ikihissəli dramı oynanılacaq.

Layihənin rəhbəri və tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyev, rəssamı Məhsəti Eldarovadır.

Əsər Əfqanıstan müharibəsinin qurbanı olmuş iki qadının həyat hekayəsi fonunda mövcudluq uğrunda, cəmiyyətlə, həyatla dramatik savaşıdır. Rollarda Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Nigar Mirzəyeva, Məryəm Qələndərova, Səmayə İsmayılova, Əhliman Ərşadlı, Natiq Həziyev, Niyaməddin Səfərəliyev və başqaları çıxış edəcəklər.

Tamaşa S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində təqdim olunacaq. /azertag.az/

# 1508 dəfə oxunub

Müəllifin son yazıları

# # #