Bakıda beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək

Bakıda beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək
12 iyun 2015
# 10:03

16-18 sentyabrda IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcəkdir. Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.

Nazirlikdən Kulisə verilən məlumata görə sərgidə yerli nəşriyyatlar sərgidə öz nəşrlərini nümayiş etdirmək, satmaq, xarici dövlətlərin nəşriyyatları və müəllifləri, eyni zamanda milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında stend sahəsi və avadanlıqları iştirakçılara pulsuz olaraq veriləcək.

Sərgi-yarmarkada iştirak etmək üçün zəruri sənədləri Təşkilat Komitəsindən əldə etmək mümkündür. ([email protected])

IV Bakı Beynəlxalq Sərgi-yarmarkasında iştirak haqqında ilkin məlumat 15 avqust 2015-ci il, ərizə-müqavilə isə 1 sentyabr 2015-ci il tarixinə qədər sərginin Təşkilat Komitəsinə təqdim edilməlidir.

# 995 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #