“Çölçü” “Ən yaxşı rejissor” mükafatını qazandı

“Çölçü” “Ən yaxşı rejissor” mükafatını qazandı
14 fevral 2015
# 11:55

Şamil Əliyevin “Çölçü” filmi Hindistanda keçirilən II Noida Beynəlxalq Film Festivalı -2015-də “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Kulis.Azın məlumatına götə mükafat bu gün Hindistanın Dehli şəhərində təqdim olunacaq.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

# 1379 dəfə oxunub

Müəllifin son yazıları

# # #