Bakı küçələrində podium VİDEO

Bakı küçələrində podium <span style="color:red;">VİDEO
13 avqust 2014
# 16:30

“Fırfıra” ictimai hərəkatı tərəfindən "Piyada podiumu" adlı moda nümayişi keçirilib. Kulis.Az-ın məlumatına görə ümayişin əsas məqsədi piyadaların və sürücülərin diqqətini yol hərəkət qaydalarına cəlb etmək olub.

Professional modellərin iştirakı ilə baş tutan moda nümayişi piyada və sürücülər tərəfindən böyük maraqla qarşılanıb. Nümayişlər şəhərin müxtəlif yerlərindəki piyada keçidlərində nümayiş olunub.

Moda nümayişləri keçidlərdə piyadalar üçün yaşıl işıq zamanı, yəni piyadaların keçid hüququ olduğu müddət ərzində bir neçə dəfə davam edib. "Piyada keçidindən keçmək üçün kifayət qədər vaxtımız var!" sloqanı ilə gerçəkləşdirilən bu sosial layihə "Fırfıra" ictimai hərəkatının insanların həyat təhlükəsizliyi qaydalarına və yol hərəkəti qaydalarına diqqət cəlb etmək məqsədilə həyata keçirdiyi növbəti layihələrdən biridir.

“Fırfıra” ictimai hərəkatı daha öncə də mülkiyyət hüququ, intiharların və depressiyaların artması məsələsi, ictimai mədəniyyət, etik qaydalar, biganəlik, sosial məsuliyyət məsələlərinə diqqət cəlb etmək üçün bir sıra video layihələr həyata keçirmişdir.

"Fırfıra" hərəkatının əsas hədəfi cəmiyyətdə mövcud olan sosial problemlərin təbliğatı və sağlam ictimai mühit formalaşdırmaqdır.

# 2143 dəfə oxunub

Müəllifin son yazıları

# # #