Azərbaycan aktyoru Türkiyədə tamaşa hazırlayacaq

Azərbaycan aktyoru Türkiyədə tamaşa hazırlayacaq
15 iyul 2014
# 12:11

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Nofəl Vəliyev tamaşa hazırlamaq üçün Türkiyədən dəvət alıb. Bu barədə Kulis.Az-a teatrın mətbuat xidmətindən xəbər veriblər.

Dəvət məktubu Türkiyə Cumhuriyyəti Antaliya Böyükşəhər Bələdiyyə Teatrının bədii rəhbəri Məhmət Özgür tərəfindən göndərilib.

İstedadlı aktrisa və yazar Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırlanacaq tamaşanın məşq prosesinə 10 avqust – 14 sentyabr tarixlərində başlanılacaq.

Hər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin sənət və mədəni səviyyədə möhkəmlənməsini təmin edən yeni tamaşanın hazırlanması üçün aktyor Nofəl Vəliyev avqust ayının əvvəllərində Türkiyəyə yola düşəcək.

# 1622 dəfə oxunub

Müəllifin son yazıları

# # #