Emir Kusturitsa orqan alveri haqda film çəkəcək

Emir Kusturitsa orqan alveri haqda film çəkəcək
11 iyun 2014
# 10:20

Serb rejissoru Emir Kusturitsa Kosovada insan orqanlarının satışı haqqında film çəkmək istəyir. Kulis.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə əsasən, film üç ilə çəkiləcək.

Rejissorun söylədiyinə görə, çəkəcəyi filmin süjetini ona tanımadığı alman danışıb. Həmin bu almana qeyri-leqal yollarla serbin ürəyini köçürüblər. Serbdən ürəyin çıxarılması çox güman ki, Albaniyada “sarı ev” adlandırılan evdə baş tutub və orqan Avropa klinikalarına göndərilib. Kusturitsa transplantasiya haqqında əhvalatı danışan adamı təqdim etməkdən imtina edib. Rejissor filmi çoxlu dostlarının olduğu Rusiyada çəkməyi planlaşdırdığını və Serbiyadan heç bir kömək gözləmədiyini deyib.

# 1991 dəfə oxunub

Müəllifin son yazıları

# # #