Xalq şairi Məmməd Arazın 80 illiyi münasibətilə keçirilən müsabiqənin qalibləri bəlli olub.
Kulis.az-ın məlumatına görə, qaliblər Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə elan olunub.
Tədbirdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, millət vəkili Aqil Abbas, tənqidçi Vaqif Yusifli, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun rəhbəri Vüqar Səfərli, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay çıxış edərək şairin həyat yolundan, yaradıcılığından danışıblar.
Məmməd Arazın 80 illiyi münasibəti ilə keçirilən müsabiqəyə təqdim olunmuş məqalələrin toplandığı “Haqqın var yaşamağa” kitabı təqdim edilib.
Daha sonra müsabiqənin qalibləri elan olunub. Birinci yerin qalibi Akif Əli, ikinci yerin qalibləri Flora Xəlilzadə, Nizami Muradoğlu, üçüncü yerin qalibləri isə Telli Pənahqızı, Qan Turalı, Şamil Vəliyevdir.
Vaqif Yusifli, Fərid Hüseyn, Əlövsət Bəşirov, Aslan Quliyev, Mehman Qaraxanoğlu, Tofiq Abdin, Elçin Məmmədli və başqalarına xüsusi mükafatlar verilib.