Haruki Murakaminin yeni romanı satışa çıxarıldı

Haruki Murakaminin yeni romanı satışa çıxarıldı
14 aprel 2013
# 00:12

Aprel ayının 12-i, cümə günü gecə saatlarında Yaponiyada yazar Haruki Murakaminin yeni romanı satışa çıxarılıb. Kulis.Azın gazeta.ru saytına istinadən verdiyi məlumata görə roman 500 min tirajla nəşr olunub. 20 mindən artıq kitab isə əvvəlcədən Amazon internet mağazasından sifariş edilib.

Əsər yaponca “Shikisai wo Motanai Tasaki Tsukuru to Kare no Junrei no Toshi” (“Şəffaf Tsukuru Tasaki və zəvvarlığının bir ili”) adlanır. Hələlik əsərin başqa dillərdə necə adlanacağı müəyyənləşməyib. Müəllifin əvvvəlcədən bildiridiyinə görə yeni romanı bundan əvvəl yazdığı “1Q84”-dan olduqca fərqli olacaq.

Haruki Murakami ən məşhur müasir yapon yazarıdır. Bir sıra mükafatların sahibi olan Murakaminin əsərləri 20-dən artıq dildə nəşr olunmuşdur.

# 2558 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #