Gənc Rejissorlar laboratoriyasının açılışı olub

Gənc Rejissorlar laboratoriyasının açılışı olub
21 fevral 2013
# 13:19

Azərbaycan Teatr Xadimləri İttifaqında Gənc Rejissorlar laboratoriyasının açılışı olub.

Kulis.Az-ın verdiyi məlumata görə tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov laboratoriyaya xalq artisti, rejissor Cənnət Səlimovanın rəhbərlik edəcəyini söyləyib: “Laboratoriyada Cənnət Səlimova ilə bərabər digər təcrübəli rejissorlar da gənclərə ustad dərsləri keçəcək və onlara bu çətin sənətin sirlərini öyrədəcək”.

Azərpaşa Nemətov ustad dərslərinin nəticəsi olaraq gənc rejissorlar tərəfindən hazırlanmış tamaşaların teatr ictimaiyyətinin ixtiyarına veriləcəyini də sözlərinə əlavə edib.

# 1844 dəfə oxunub

Müəllifin son yazıları

# # #