Azərbaycan Akademik Milli Dram Teatrında Novruz bayramı ərəfəsində - martın 17-də “Pepee – Sevmək zamanı” musiqili interaktiv yeni tamaşa göstəriləcək.
Teatrdan bildirilib ki, Türkiyənin ilk milli cizgi filmi qəhrəmanı Pepee tam yeni mahnıları ilə görüşə gəlir. Yaşından asılı olmayaraq hər kəsin dünyasının sevgi dolu bir parçasına çevrilən Pepee mahnılı və əyləncəli oyunları ilə uşaqlara və uşaqlığı üçün darıxanlara unudulmaz bir tamaşa göstərəcək.
Pepee ilə Türkiyənin bir-birindən fərqli mədəni dəyərlərini kəşf edən uşaqlar Nemrut, Kapadokya və Göbeklitepe ilə tanış olacaqlar.
- Dostoyevskinin ölümü haqqında bilmədiyimiz 12 FAKT
- Azərbaycanda yeni rusdilli nəşriyyat fəaliyyətə başladı
- “Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda
Tamaşaya biletləri https://iticket.az/events/pepee-sevmek-zamani saytında əldə etmək olar.