Endi Uorhollun ilk avtoportretlərindən biri Sotbi hərracında satılıb. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə əsər 6 milyon funta (7.7 milyon dollar) satılıb.
Tablo müasir incəsənətə əsərlərinin çıxarıldığı hərracda təqdim olunub.
Hərracın aparıcı mütəxəssisi Ceyms Sevyer qeyd edib ki, Uorhollun Nyu-Yorkdakı fotokabinasında çəkdiyi avtoportretlər müasir incəsənət üçün aktual xarakter daşıyır. Bu avtoportretlər onun yaradıcılığında qırılma nöqtəsi sayılır.
Hərracın ən bahalı əsəri isə Amerika rəssamı Jan-Mişel Baskiyanın adsız əsəri olub. Əsər 8.3 milyon dollara satılıb.