“Hollivuddan Yaşılçama” adlı kitab çap olundu

“Hollivuddan Yaşılçama” adlı kitab çap olundu
5 may 2016
# 11:38

Yazıçı-jurnalist Kamil Əfsəroğlunun “Hollivuddan Yaşılçama” adlı yeni kitabı çapdan çıxıb.

Amerikada Hollivud nə mənadadırsa, Yaşılçam da Türkiyədə o anlama gəlir.

Kamil Əfsəroğlu dünyanın məşhur kinorejissorları, aktyorları və digər sənət adamlarıyla görüşlərindən, onların həyat və yaradıcılığından söhbət açır. Kitab bədii publisistika janrında yazılıb və oxucunu zəngin faktlarla, hadisələrlə tanışlıq gözləyir. Stenli Kramer, Frensis Koppolo, Robber Osseyn, Fani Ardan, Rac Kapur, Ömər Şərif, Din Rid, Amitabh Baççan, Atif Yılmaz, Türkan Şoray, Çingiz Aytmatov, Maya Plisetskaya və digər məşhurların yaradıcılığı fərqli yöndə təqdim olunur.

Müəllifin axıcı dili, bədi forma və üsullardan bacarıqla yararlanması, dünyanın məşhur sənət ustalarıyla görüşünü əkç etdirən fotoşəkillər kitabı daha da maraqlı və oxunaqlı edir.

# 1031 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #