Məşhur aktyor qadın oldu FOTO

Məşhur aktyor qadın oldu FOTO
1 sentyabr 2015
# 10:47

Britaniyalı aktyor Eddi Redmayn yeni filmdə danimarkalı transseksual rəssam Einar Vegeneri canlandıracaq. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə aktyor bu rolu Nikol Kidman və Çarliz Teronu üstələyərək qazanıb.

Vegeneri oynamaq üçün hər iki qadın oyunçuya təklif göndərilsə də Eddi Redmayn öz aktyorluğu ilə qadınları üstələyə bilib. “The Danish Girl” adlanan film 1934-cü ildə əməliyyat olunduqdan sonra Lili Elbe adıyla yeni həyata addım atan məşhur rəssamın ağır həyatından bəhs edir.

Ekran əsəri gələn ildən nümayiş olunacaq.

Xatırladaq ki, Eddi Redmayn məşhur ingilis fizik Stefan Houkinqin həyatından bəhs edən “Hər şeyin teoriyası” filmindəki roluna görə “Ən yaxşı kişi aktyor” nominasiyasında Oskar mükafatına sahib olub.

# 1012 dəfə oxunub

Müəllifin son yazıları

# # #