Qalmaqallı “Məhəmməd” film bu gün göstəriləcək

Qalmaqallı “Məhəmməd” film bu gün göstəriləcək
27 avqust 2015
# 12:51

Son vaxtlar bir sıra müzakirələrə səbəb olan “Məhəmməd” filminin nümayişinə başlanılır. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə filmin dünya premyerası bu gün Kanadadakı Monreal Film Festivalında baş tutacaq.

İran istehsalı olan filmin rejissoru Məcid Məcididir. O, “Cənnətin uşaqları” filmi ilə 1997-ci ildə “Ən yaxşı xarici film” nominasiyasında Oskara namizəd göstərilmişdi.

Həzrəti Məhəmmədin uşaqlığından bəhs edən filmin büdcəsi 30 milyon dollar təşkil edir. Peyğəmbər filmdə arxadan göstərilir.

Əhərəhə ordusu və Fil hadisəsi ilə başlayan filmdə hərəkət edən bulud hadisəsi də təsvir olunub.

# 1208 dəfə oxunub

Müəllifin son yazıları

# # #