Vasif Adıgözəlovun 80 illik yubileyi keçiriləcək

Vasif Adıgözəlovun 80 illik yubileyi keçiriləcək
11 fevral 2015
# 18:48

Azərbaycan prezidenti İlham Əliyev görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla V. Adıgözəlovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub.

Qeyd edək ki, 2015-ci ilin iyul ayında görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor V. Adıgözəlovun anadan olmasının 80 illiyi tamam olur.

# 941 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #