ABŞ prezidentinin sevgi qalmaqalı müzikl oldu

ABŞ prezidentinin sevgi qalmaqalı müzikl oldu
14 iyul 2014
# 11:55

Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Bill Klintonun baş qəhrəmanı olduğu müziklin premyerası olacaq. Kulis.azın xarici mətbuat orqanlarına istinadən verdiyi məlumata görə üç həftə davam edəcək müzikl Musical Theatre Festival çərçivəsində göstəriləcək.

İyulun 18-də başlayacaq festival Nyu-Yorkun açıq meydanında baş tutacaq.

Avstraliyalı qardaşlar Pol və Maykl Hodcilər Klintonun “Mənim həyatım” memuarını oxuyandan sonra müziklin quruluşu haqda 10 il düşünüblər. Əsərdə 21 mahnı səslənəcək.

Hillari Klinton rolunu az tanınan aktrisa Alet Teylor oynayacaq. Müzikldə eyni zamanda nüfuzlu siyasi fiqurlarından ABŞ Konqresinin spikeri Nyut Qinqriçin, Ruzveltin arvadı Elenoranın, Monika Levinskinin də obrazları olacaq.

Klintonu iki aktyor canlandıracaq. Onun yaşlı vaxtını Kenzler Karl, gəncliyini Dyuk Lafun oynayacaq.

# 1996 dəfə oxunub

Müəllifin son yazıları

# # #