Xalid Hüseyninin romanının pirat nəşri yayıldı

Xalid Hüseyninin romanının pirat nəşri yayıldı
23 oktyabr 2013
# 13:52

Xalid Hüseyninin "Qanun" Nəşrlər Evində nəşr olunan “Min möhtəşəm günəş” romanının pirat nüsxələri yayılmağa başlayıb.


Bu barədə Kulis.az-a “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu məlumat verib:

“28 may metro stansiyasının ətrafındakı kitab mağazalarında pirat nüsxələr satılır. Biz bu yaxınlarda bunu aşkarladıq və sərt tədbirlər görməyi düşünürük. Keçən il də belə bir hal baş vermişdi və biz lazımi yerlərə müraciət edib pirat nəşrlərə mane olmağı bacarmışdıq.

Bu işlə məşğul olanlar bizə bir daha bu işi etməyəcəklərinə dair söz vermişdilər. Təəssüf ki, piratçılar yenə iş başındadır. Lakin tezliklə pirat nəşrləri toplayıb, hüquq mühafizə orqanlarına müraciət edəcəyik. Bu işlə məşğul olanlar qanun qarşısında cavab verəcək”.

Xatırladaq ki, “Min möhtəşəm günəş” Azərbaycan dilində nəşr olunmuş üçüncü kitabıdır, bundan başqa yazıçının "Və dağlardan səda gəldi", “Çərpələng uçuran” romanları nəşr olunub.

# 2033 dəfə oxunub

Müəllifin son yazıları

# # #