Türkmən yaylaqlarına yazıçıların yürüşü olacaq

Türkmən yaylaqlarına yazıçıların yürüşü olacaq
7 iyun 2013
# 16:36

24-30 iyun tarixlərində Uluslararası Aktivist Sanatçılar Birliyinin təşkil etdiyi “Muğla-Göcek şəhərində olan Türkmən yaylaqlarına yürüş” adlı festival keçiriləcək. Festivala dünyanın iyirmi ölkəsindən incəsənət adamları qatılacaq.

Azərbaycan da bu ölkələr sırasındadır. Dünyanın ən bahalı və görməli turist mərkəzlərdən biri olan Göcek şəhərində baş tutacaq festival boyunca gecələr konsert proqramları, şeir dinləmələri, müxtəlif tədbir və görüşlər düzənlənəcək. Tədbirə qoşulan rəssamlar canlı performans nümayiş etdirəcəklər.

Tədbirin son günü rəssamların festival ərəfəsində yaratdıqları rəsmlərdən ibarət sərgi keçiriləcək. Ölkəmizi Uluslararasi Akttivist Sanatçilar Birliyinin Azərbaycan təmsilçisi, Rəsm Komitəsi Başkanı rəssam Nəvai Metin Məmmədoğlunun rəhbərliyi ilə ədəbiyyatçılar, media işçiləri, incəsənət nümayəndələri və fotoqraflar təmsil edəcək.

# 1471 dəfə oxunub

Müəllifin son yazıları

# # #