Kamal Abdullanı Mövlud Süleymanlı əvəz edəcək

Kamal Abdullanı Mövlud Süleymanlı əvəz edəcək
22 yanvar 2013
# 15:15

Azərbaycan Yazıçılar Birliyində mükafat komissiyasının sədri Kamal Abdullanın vəzifədən çıxması ilə bağlı birliyin sədri Anara yazdığı məktub müzakirə olunub. Modern.az xəbər verir ki, Yazıçılar Birliyinin mətbuat xidməti bununla bağlı saytımıza açıqlama verib.

Açıqlamada bildirilir ki, yazıçı-alim, Milli Elmlər Akademiyasının müxbir üzvi Kamal Abdullanın məktubuna Yazıçılar Birliyində baxılıb və bu qərara gəlinib ki, Kamal Abdullanmın bu müraciəti yerinə yetirilsin. Onun yerinə xalq yazıçısı Mövlud Süleymanlı təyin edilib. Əlavə olaraq komissiya üzvləri arasında dəyişiklik edilib. Eyni zamanda bir nəfər də komissiya üzvlüyünə əlavə olunub. Yazıçı Məmməd Oruc komissiyanın üzvlərindən biri olub.

# 2546 dəfə oxunub

Müəllifin son yazıları

# # #