Azərbaycanlı skripkaçı Londonda konsert verib

Azərbaycanlı skripkaçı Londonda konsert verib
11 avqust 2017
# 12:33

Azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Londonda konsert verib. Kulis.az AZƏRTAC-a istinadən xəbər verir ki, konsert şəhərin məşhur “St. James`s” kilsəsində keçirilib.

Nəzrin Rəşidova pianoçu Daniel Grimvudun müşayiəti ilə Jozef Yonqen və Pol Levisin əsərlərindən nümunələr səsləndirib.

Konsert zamanı Nəzrin Rəşidova Fransanın tanınmış skripkaçısı Emil Soğeyə mənsub olan, 1744-cü ildə hazırlanmış skripkada ifa etmək şərəfinə layiq görülüb.

Qeyd edək ki, Kral Musiqi Akademiyasının məzunu N.Rəşidova dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib, beynəlxalq müsabiqələrdə uğur qazanıb və bir sıra mükafatlar alıb.

# 1073 dəfə oxunub

Müəllifin son yazıları

# # #