Yəhudilər məşhur aktrisanı rolsuz qoya bilər

Yəhudilər məşhur aktrisanı rolsuz qoya bilər
11 avqust 2014
# 13:31

Xəbər verdiyimiz kimi, məşhur ispan sənətçiləri, həmçinin, Pedro Almodovar, Penelopa Krus, Xavyer Bardem İsrail hakimiyyətini Qəzzanı bombaladığına görə ittiham etmişdilər. Bəyanatda deyilirdi: “Qəzza dəhşətli günlərini yaşayır. Ona hər tərəfdən hücum edirlər. Fələstinlilərin evini dağıdır, insanları sudan, işıqdan və sərbəst hərəkətdən məhrum edirlər. Bu, bütün beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verir”.

Anjelina Colinin atası aktyor Con Voyt isə Penelopa Kruzla və Xavyer Bardemi antisemitizimi qızışdırmaqda ittiham edib: “Penelopa və Xavyer kimi hörmətli insanların yəhudi xalqına dözümsüzlüyün təşəbbüskarı olması məni kədərləndirir”.

Voyt onu da deyib ki, onlar İsrailin tarixi haqda bilgisizdirlər.

İngiltərənin “The Times” qəzetində yer alan xəbərdə isə deyilir ki, bu bəyanata görə aktyorların Hollivudda rol alması çətin olacaq.

# 2000 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #