Məşhur aktyor avtomobil qəzasında həlak oldu

Məşhur aktyor avtomobil qəzasında həlak oldu
1 dekabr 2013
# 13:00

Los- Ancelsdə məşhur amerikalı aktyor Pol Volker avtomobil qəzasında ölüb.

ABŞ mətbuatının məlumatına görə 40 yaşlı aktyorun “Porsche” markalı idman maşını ağaca çırpılıb. Bundan sonra maşın yanıb.

Pol Volker bir dostu ilə xeyriyyə gecəsində iştirak etmək üçün yola çıxıbmış. Maşını da dostu idarə edirmiş.

Aktyorun 15 yaşında bir qızı var.

Tamaşaçılar onu “Sürət və qəzəb” (Fast and Farious) filmindən daha çox tanıyırdı.

Pol Volkerin iştirakı ilə çəkilən “Saatlar” filmi bu ay ekranlara çıxacaqdı.

Oxuzali.az

# 2146 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #