Selincerin çap olunmamış hekayələri satışda

Selincerin çap olunmamış hekayələri satışda
28 noyabr 2013
# 18:20

Amerikalı yazıçısı Cerom Devid Selincerin əvvəllər çap olunmamış üç hekayəsinin yer aldığı “Üç əhvalat” adlı kitab internetdə satışa çıxarılıb. Kulis.Az-ın xarici mətbuat orqanlarına istinadən verdiyi xəbərə görə əsərləri PDF formatında yükləmək mümkündür.

Hekayələr “Ad günü olan oğlan” (“Birthday Boy”), “Paula” (“Paula”) və “Boulinq şarı ilə dolu okean” (“The Ocean Full of Bowling Balls”) adlanır.

“Boulinq şarı ilə dolu okean” əsərinin qəhrəmanları oxuculara C. D. Selincerin məşhur əsəri “Çovdarlıqda uçurumdan qoruyan”dan tanışdır. Əvvəllər bu əsər ancaq Priston universitetinin tələbələri üçün əlçatan idi. Digər iki əsər isə Texas universitetinin seçmələrində yer alırdı.

Yazıçının yaradıcılığı üzrə ekspert Kennet Slavenski bildirib ki, hər üç hekayə C. D. Selincerə məxsusdur. Ancaq C. D. Selincerin vəsiyyətinə görə hekayələr 2051-ci ilə qədər çap edilməli deyildi.

# 1717 dəfə oxunub

Müəllifin son yazıları

# # #