"Yazıçı" dərgisinin növbəti sayı çap olundu

"Yazıçı" dərgisinin növbəti sayı çap olundu
26 noyabr 2013
# 15:43

“Oğuz eli” qəzetinin xüsusi buraxılışı olan “Yazıçı” dərgisinin noyabr buraxılışı çap olunub. Üz qabığında Qara Qarayevin, Səməd Vurğunun fikirləri yer alan dərginin budəfəki sayı Xalq şairi Rəsul Rzaya həsr olunub.

“Yazıçı”nın noyabr buraxılışında Ənvər Məmmədxanlı, Nazım Hikmət, Oljas Süleymanov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Balaş Azəroğlu, Mirəli Seyidov, Süleyman Rəhimov, Mirzə İbrahimov, Əli Nazim, Arseni Tarkovski, Bəxtiyar Vahabzadə, Əli Kərim, Əli Vəliyev, Mehdi Hüseyn, Sabir Rüstəmxanlı, Rafael Hüseynov və Eldar Baxışın Rəsul Rza haqqında fikirləri yer alıb.

Dərgidə gənc ədəbi nəslin R. Rza haqda maraqlı çıxışları da çap olunub.

# 1489 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #