Dünyanın ən yaxşı animasiya filmləri seçildi

Dünyanın ən yaxşı animasiya filmləri seçildi
14 iyun 2018
# 11:17

Dünyanın ən yaxşı animasiya filmləri seçilib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Amerikanın “Usa Today” kino nəşri bütün zamanların ən yaxşı animasiya filmlərinin siyahısını hazırlayıb.

Siyahı prokatdan gələn gəlirə görə yox, izləyicilərin və tamaşaçıların rəyi əsasında formalaşıb.

İsao Takaxatının İkinci Dünya Müharibəsi haqda çəkdiyi “Atəşböcəyinin məzarı” animasiya filmi birinci yerə layiq görülüb.

“Tampaca”, “Oyuncaqların tarixi” animasiya filmləri ikinci və üçüncü yerdə qərarlaşıb.

“Mənim qonşum Totoro”, “Paddinqton 2”, “Sənin adın”, “Kokonun sirri” və digər filmlər onluqda yer alıblar.

# 1361 dəfə oxunub

Müəllifin son yazıları

# # #