Maykl Ceksonun yeni 3D klipi təqdim olunacaq

Maykl Ceksonun yeni 3D klipi təqdim olunacaq
8 avqust 2017
# 12:01

Maykl Ceksonun məşhur "Thriller" klipinin 3D versiyasının premyerası Venesiya kinofestivalında keçiriləcək.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, rejissor tamaşaçılara kifayət qədər şokedici sürpriz hazırladığını söyləyib.

“Şadam ki, nəinki Thrilleri bərpa etmək, hətta yaxşılaşdırmaq şansım oldu”-deə klipin rejissoru Con Lendis söyləyib.

Xatırladaq ki, rolik 1983-cü ildə elə Con Levis tərəfindən çəkilib.

# 1000 dəfə oxunub

Müəllifin son yazıları

# # #