Gənc pianoçumuz İsveçrədə ikinci yerə çıxıb

Gənc pianoçumuz İsveçrədə ikinci yerə çıxıb
11 iyul 2017
# 16:53

Azərbaycanlı gənc pianoçu, əslən Xocalıdan olan Brilyant Məmmədli növbəti uğura imza atıb.

İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyindən bildiriblər ki, Naftalan Şəhər Uşaq Musiqi Məktəbində təhsil alan 11 yaşlı pianoçu İsveçrənin Val de Traver regionunda keçirilən “Gənc ifaçıların beynəlxalq müsabiqəsi”ndə iştirak edib.

Xatirə Qəmxarovanın yetirməsi olan gənc pianoçu müsabiqədə İ.S.Bax, V.A.Motsart və Niyazinin əsərlərini məharətlə ifa edərək münsiflər heyətinin rəğbətini qazanıb. B.Məmmədli müsabiqədə ikinci yerə layiq görülüb.

Qeyd edək ki, gənc musiqiçi ötən il Vyanada “Edelvays” beynəlxalq müsabiqəsində də ikinci yeri tutub.

# 1205 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #