Mayk Tayson Yazıçılar Birliyinin üzvü olacaq

Mayk Tayson Yazıçılar Birliyinin üzvü olacaq
24 oktyabr 2014
# 11:51

Məşhur boksçu Mayk Tayson Rusiya Yazıçılar Birliyinin üzvü ola bilər. Kulis.Azın aif.ru saytına istinadən verdiyi məlumata görə lazımı sənədlər artıq birliyə göndərilib.

Boksçunun Yazıçılar Birliyinə üzv olacağı bu yaxında məlum olub. Taysonun birliyə üzvlüyü onun “Amansız həqiqət” adlı avtobioqrafik kitabının təqdim edilməsi ərəfəsində baş tutacaq.

Doğrudur, sonradan Yazıçılar Birliyindən məlumat təsdiq edilməyib və bildirilib ki, nə boksçunun özü, nə də onun nümayəndəsi tərəfindən müraciət edilməyib.

Boksçunun promouteri Vladimr Xryunovun sözlərinə görə Taysonun birliyə üzv olması üçün lazım olan bütün sənədlər təqdim edilib və bu yaxında təşkilatın idarə heyəti tərəfindən müzakirə olunacaq.

# 2039 dəfə oxunub

Müəllifin son yazıları

# # #