Nyu-Yorkda küçə Dovlatovun adını daşıyacaq

Nyu-Yorkda küçə Dovlatovun adını daşıyacaq
11 iyul 2014
# 11:13

Nyu-York küçələrindən biri rəsmən yazıçı Sergey Dovlatovun adı ilə adlandırılıb. Bu barədə Kulis.az Gazeta.ru-ya istinadən xəbər verir.

Bundan sonra şəhərin 63-rd Drive küçəsi Sergey Dovlatov Way adlandırılacaq. Məlum qərarın qəbulu aktivist Aleksey Rubinin təşəbbüsü sayəsində baş tutub.

O, yazıçının yaşadığı küçənin sakinlərindən küçənin adının dəyişdirilib yazıçının adı ilə əvəz olunması üçün imza toplayıb.

# 1471 dəfə oxunub

Müəllifin son yazıları

# # #