Musa Yaqubun “Sevgi şeirləri” çap olunub

Musa Yaqubun “Sevgi şeirləri” çap olunub
27 yanvar 2014
# 16:29

Şair, Söz Azadlığını Müdafiə Fondunun (SAMF) sədri Musa Yaqubun daha bir kitabı çap olunub. Kulis.Azın məlumatına görə “Sevgi şeirləri” adlanan kitab Qanun Nəşrlər Evində çap edilib.

“Sevgi şeirləri”ndə dövrümüzün klassik şairinin müxtəlif vaxtlarda qələmə aldığı, sevgi ünvanlı şeirləri toplanılıb. Təbii ki, şairin əbədiyaşar missiyası olan vətənpərvərlik və təbiətin vəhdəti çalarlı ictimai yük də kitaba toplanmış şeirlərin ruhuna hakimdir.

1000 tirajla çap olunan kitabın redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, korrektoru Tünzalə Xəlilqızıdır. Kitabı paytaxtın bütün kitab köşkü və mağazalarından almaq olar.

# 1545 dəfə oxunub

Müəllifin son yazıları

# # #