"Burda kişi var?!"ın imza günü keçiriləcək

"Burda kişi var?!"ın imza günü keçiriləcək
26 dekabr 2013
# 13:12

30 dekabr saat 12:00-14:00 saatlarında tanınmış yazıçı Azad Qaradaərəlinin Zero Kitab Evində imza günü keçiriləcək.Kulis.Azın məlumatına görə imza günündə müəllifin Zero Nəşriyyatında "Cib kitabı" seriyasından işıq üzü görən "Burda kişi var?!" adlı hekayələr kitabı oxuculara təqdim olunacaq.

Kitabda müəllifin son bir neçə ildə yazdığı və heç bir kitabına düşməyən hekayələri toplanıb. Kitabın qiyməti 2,5 manatdır.

Zero Kitab Evi İçərişəhər metrosundan aşağıda, Sabir bağıyla üzbəüz, İstiqlaliyyət küçəsi – 71 ünvanında yerləşir.

# 1897 dəfə oxunub

Müəllifin son yazıları

# # #