Əməkdar artist şeir albomunu təqdim edəcək

Əməkdar artist şeir albomunu təqdim edəcək
31 may 2013
# 11:36

Sabah saat 11: 30-da, Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın əməkdar artisti, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətovanın “Gəl sənə bir həzin şeir oxuyum” adlı albomunun təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasiminə Azərbaycanın tanınmış sənət adamları, aktyorlar, şairlər və jurnalistlər dəvət olunub.

Şeir albomunda Mikayıl Müşfiqin, Bəxtiyar Vahabzadənin, Sona Vəliyevanın, Qənirə Paşayevanın, Ramiz Rövşənin, Cəlil Cavanşirin, İlqar Fəhminin, Vaqif Tacioğlunun şeirləri yer alıb.

# 1822 dəfə oxunub

Müəllifin son yazıları

# # #