Selincerin şəxsi əşyaları nümayiş olunacaq

Selincerin şəxsi əşyaları nümayiş olunacaq
9 oktyabr 2019
# 12:20

Amerika yazıçısı Cerom Selincerin əşyaları Nyu-York kitabxanasında sərgilənəcək.

Kulis.az rus mətbuatına istinadən verdiyi xəbərə görə Nyu-York ictimai kitabxanasında yazıçının yaradıcılığı haqqında geniş miqyaslı sərgi təşkil olunacaq. Sərgidə Selincerin şəxsi əşyaları, şəkilləri, məktubları, çap makinası və kitabxanasındakı kitablar təqdim olunacaq.

Sərgidə həmçinin müəllifə dünya şöhrəti qazandırmış "Çovdarlıqda uçurumdan qoruyan" romanının çap nüsxəsi də nümayiş olunacaq.

Üç ay davam edən sərginin təşkilatçıları yazıçının oğlu Mett Selincer, həyat yoldaşı Kolin Selincerdir.

# 1960 dəfə oxunub

Müəllifin son yazıları

# # #