[b]Məşhur komediya aktyoru vəfat etdi[/b]

[b]Məşhur komediya aktyoru vəfat etdi[/b]
20 avqust 2017
# 23:31

Məşhur amerikalı komediya aktyoru Cerri Levis vəfat edib. Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə o, Las Veqasdakı evində, 91 yaşında dünyasını dəyişib.

1950-ci illərdə "The Bellboy" və "The Nutty Professor" filmləri ilə məşhurlaşmağa başlayan Cerri Levis uzun zamandır xəstə idi.

Komediya ustası, müğənni, prodüser, rejissor, ssenarist, aktyor Cerri Levis 16 mart 1926-cı ildə anadan olub. Levis film, televiziya, səhnə və radiodakı yumoristik çıxışları ilə tanınırdı.

# 1419 dəfə oxunub

Müəllifin son yazıları

# # #